...

TÜRKPA İslam Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparacaq

Siyasət Materials 24 Yanvar 2012 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar / Trend müxbir M.Əliyev/

TÜRKPA baş katibi Ramil Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 25-dən fevralın 2-dək İndoneziyanın Palembanq şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyi Şurasının 7-ci toplantısının işində və komitə iclasında iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı TÜRKPA-nın mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində TÜRKPA baş katibinin bir çox ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.

Həmçinin İƏT Parlamentlər Birliyi Şurasının 7-ci iclasında TÜRKPA baş katibinin çıxışı da planlaşdırılır.

TÜRKPA 2009-cu ildə Bakıda təsis olunub. Təşkilatın katibliyi Bakıda yerləşir. Katiblik baş katib, onun Türkiyədən və Qazaxıstandan olan müavinləri və ekspert qrupundan ibarətdir.

Təşkilatda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur.

Qurumun əsas məqsədi türkdilli ölkələr arasında əlaqələrin gücləndirilməsi, qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması və digər məsələlərin həyata keçirilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti