Azərbaycan, Bakı, 26 yanvar /Trend/
Yanvarın 25-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avstriyanın "OMV AG" şirkətinin baş icraçı direktoru Gerhard Roiss ilə görüşü olmuşdur.
Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Avstriyanın "OMV AG" şirkəti arasında əməkdaşlıq, o cümlədən "Nabukko" qaz kəməri layihəsinin perspektivləri barədə fikir mübadiləsi aparıldı.