...

İran Xəzər dənizinin hüquqi statusu məsələsində öz haqqından geri çəkilməyəcək

Siyasət Materials 26 Yanvar 2012 13:20 (UTC +04:00)
Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsində ədalət prinsipi qorunmalıdır və İran dənizin hüquqi statusu məsələsində öz haqqından geri çəkilməyəcək.
İran Xəzər dənizinin hüquqi statusu məsələsində öz haqqından geri çəkilməyəcək

Azərbaycan, Bakı, 26 yanvar / Trend müxbir T.Cəfərov/

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsində ədalət prinsipi qorunmalıdır və İran dənizin hüquqi statusu məsələsində öz haqqından geri çəkilməyəcək. Bunu İran Prezidentinin Xəzər üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə Gülüstan əyalətində Xəzər dənizi məsələləri ilə bağlı ötən gecə keçirilən konfransda deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Axundzadə bildirib ki, Xəzərin bölünməsi məsələsində İranın hüquqlarını qorumaq məqsədilə hazırda sənəd hazırlanır.

Onun sözlərinə görə, İran qonşu ölkələr arasında münaqişə yaranmasına icazə verməyəcək. Xəzərin statusu məsələsində Xəzəryanı ölkələr arasında həmrəylik yaranmalıdır.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti