...

Müsavat başqanlığına iddialı: İsa Qəmbəri əvəz edəcək kifayət qədər müsavatçı var

Siyasət Materials 2 Fevral 2012 14:35 (UTC +04:00)
Müsavat başqanlığına namizəd hesab edir ki, başqan seçkilərində demokratiya nəyi tələb edirsə, proseslər ona uyğun şəkildə baş verməlidir.
Müsavat başqanlığına iddialı: İsa Qəmbəri əvəz edəcək kifayət qədər müsavatçı var

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir E.Mehdiyev/

Müsavat başqanlığına namizəd hesab edir ki, başqan seçkilərində demokratiya nəyi tələb edirsə, proseslər ona uyğun şəkildə baş verməlidir.

"Kimlərin nə deməsindən asılı olmayaraq İsa Qəmbər özü bəyan edib ki, başqanlıqan gedəcək. 2001-ci ildə partiyanın qurultayında da başqanlığa üçüncü dəfə namizədlik verilməməsi barədə qərar qəbul olunub. Mən güman etmirəm ki, İsa Qəmbər kimi bir siyasətçi özünün reytinqinə zərbə vuran bir oyuna getsin", - bunu cümə axşamı Trend-ə Müsavat Partiyası başqanının müşaviri, başqanlığa iddialı Səxavət Əlisoy deyib.

Qeyd edək ki, son dövrlərdə Müsavat Partiyasının başqanlığına seçkilərlə bağlı bir sıra fikirlər səslənir. Bir qrup insanlar İsa Qəmbərin başqanlıqda qalmasının, dirgər bir qrup isə yeni başqan seçilməsinin tərəfdarıdır.

Onun sözlərinə görə, partiyada İsa Qəmbəri əvəz edəcək kifayət qədər müsavatçı var. Ancaq onlar partiya başqanlığına gələrsə, istər-istəməz İsa Qəmbərdə olan birləşdirici keyfiyyətlər onlarda olmayacaq.

"İstənilən partiyada sədr dəyişiləndə, mütləq orda narazılıqlar ortaya çıxır. Bunların qarşısını almaq üçün bir qrup müsavatçı bu fikirdədir ki, İsa Qəmbər başqanlqda qalsın. Mənim düşüncəm belədir ki, demokratiya nəyi tələb edirsə, proseslər ona uyğun şəkildə baş verməlidir. Mən düşünürəm ki, İsa Qəmbər başqanlıqdan getsə də, partiyadan getmir", - Əlisoy deyib.

O, hesab edir ki, burada çıxış yolları tapılacaq.

"Bunun üçün müxtəlif təkliflər var. Bütün bu təkliflərdə məqsəd Müsavat Partiyasının monolitliyini qoruyub saxlamaqdır. Bəzi "dostlarımız" gözləyir ki, Müsavat Partiyasında parçalanmalar baş verəcək. Lakin mən onların sevincinin uzun sürməyəcəyini düşünürəm. Qurultay keçiriləcək və qurultaydan sonra Müsavat Partiyası daha da qüvvətlənəcək. Hələlik müzakirələr gedir və hamını razı salacaq bir qərar qəbul olunacaq", - Əlisoy bildirib.

Müsavat Partiyası Məclisinin yanvarın 7-də keçirilən iclasında VIII qurultayın bu il martın 3-4-də keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti