...

Aİ ilə viza rejimi ilk növbədə Azərbaycan vətəndaşlarının çox olduqları ölkə ilə sadələşdiriləcək

Siyasət Materials 9 Fevral 2012 12:19 (UTC +04:00)
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsi ilk növbədə xeyli sayda Azərbaycan vətəndaşının müvəqqəti yaşadığı və ya oxuduğu ölkələrlə aparılacaq.
Aİ ilə viza rejimi ilk növbədə Azərbaycan vətəndaşlarının çox olduqları ölkə ilə sadələşdiriləcək

Azərbaycan, Bakı, 9 fevral / Trend, müxbir M.Əliyev /

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsi ilk növbədə xeyli sayda Azərbaycan vətəndaşının müvəqqəti yaşadığı və ya oxuduğu ölkələrlə aparılacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə cümə axşamı Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Roland Kobia bildirib.

"Hələlik söhbət Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsindən gedir, lakin biz istərdik ki, bu, Azərbaycana gəlmək istəyən Aİ vətəndaşlarına da şamil edilsin. Beləliklə, "Eurovision 2012" müsabiqəsini Bakıda izləmək istəyən Aİ vətəndaşlarının Azərbaycana gəlməsi qaydalarını sadələşdirmək olardı", - Kobia deyib.

Azərbaycanla Avropa İttiafqı arasında viza rejiminin sadələşdirilməsi məsələsi üzrə danışıqlar martın 1-2-də keçiriləcək. Bu barədə jurnalistlərə bu gün xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

Bundan əvvəl iclas Bakıda əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmışdı.

Azərbaycanla Avropa İttiafqı arasında viza rejiminin sadələşdirilməsi üzrə ilk iclasın fevralın birinci həftəsində keçirilməsi planlaşdırılmışdı.

Xəbər lenti

Xəbər lenti