...

Vergilər Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib

Siyasət Materials 10 Fevral 2012 19:14 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Vergilər Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Vergilər Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Vergilər Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Vergilər Nazirliyinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin:

Əsədov Asəf Əli oğlu - Azərbaycan Respublikasının vergilər nazirinin müşaviri;
Fətizadə Zaur İntiqam oğlu - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi;
Qəmbərov Fəxrədin Siyaş oğlu - Azərbaycan Respublikasının vergilər nazirinin müşaviri;
Məmmədov Habil Amil oğlu - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi;
Rəfiyev Mahir Əhmədağa oğlu - Azərbaycan Respublikasının vergilər nazirinin müşaviri.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Vidadi Qoca oğlu Məmmədova 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbəsi verilib.

Xəbər lenti

Xəbər lenti