...

MSK ilə ATƏT arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Siyasət Materials 14 Fevral 2012 16:32 (UTC +04:00)
ATƏT-in Bakı ofisi ilə Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
MSK ilə ATƏT arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.Mehdiyev/

ATƏT-in Bakı ofisi ilə Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Komissiyadan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, fevralın 14-də ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay MSK-da sədr Məzahir Pənahovla görüşüb.

Səfiri Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən MSK sədri qeyd edib ki, Komissiya nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən ATƏT ilə sıx əməkdaşlıq edir. Bu günədək MSK-nın Azərbaycanda keçirilmiş seçkilərlə bağlı ATƏT-in Bakı ofisi ilə birgə çeşidli layihələrə imza atdığını diqqətə çatdıran sədr, bu tədbirlərin seçki subyektlərinin maarifləndirilməsində böyük rol oynadığını qeyd edib.

ATƏT-in Bakı ofisinin rəhbəri də MSK ilə yüksəksəviyyəli əməkdaşlıqdan razı qaldığını qeyd edib. O bildirib ki, ATƏT-in Bakı ofisi MSK ilə əməkdaşlığın bundan sonra da davam etdirilməsindən məmnun olardı.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi də aparılıb.

Xəbər lenti

Xəbər lenti