...

Prezident İlham Əliyevin Qusar rayonuna səfəri başlayıb (FOTO)

Siyasət Materials 16 Fevral 2012 17:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Qusar rayonuna səfərə gəlib.
Prezident İlham Əliyevin Qusar rayonuna səfəri başlayıb (FOTO)

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Qusar rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qusar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin ətrafında görülmüş işlər barədə məlumat verildi. Bildirildi ki, abidənin yerləşdiyi Heydər Əliyev Xatirə Kompleksində Heydər Əliyev Mərkəzi, uşaq əyləncə meydanı, ictimai iaşə obyekti inşa olunub, geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Abidənin yaxınlığında inşa olunmuş Heydər Əliyev Mərkəzi möhtəşəmliyi ilə kompleksin görkəminə xüsusi yaraşıq verir.

Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi.

Xəbər lenti

Xəbər lenti