...

Azərbaycandakı Rusiya vətəndaşları prezident seçkilərində iştirak edə biləcəklər

Siyasət Materials 21 Fevral 2012 17:58 (UTC +04:00)
"Rusiya Federasiyası Prezidenti seçkiləri haqqında" qanuna uyğun olaraq, Rusiyanın xarici qurumları həmin ölkələrdə olan Rusiya Federasiyası vətəndaşlarının səs verməsini təşkil edir.
Azərbaycandakı Rusiya vətəndaşları prezident seçkilərində iştirak edə biləcəklər

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.Tariverdiyeva/

"Rusiya Federasiyası Prezidenti seçkiləri haqqında" qanuna uyğun olaraq, Rusiyanın xarici qurumları həmin ölkələrdə olan Rusiya Federasiyası vətəndaşlarının səs verməsini təşkil edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Rusiyanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

"Rusiyanın Azərbaycandakı səfirliyi Azərbaycanda olan Rusiya vətəndaşları üçün səfirliyin konsul şöbəsinin binasında və Qəbələ şəhərindəki "Daryal" Analitik-İnformasiya Mərkəzinin yaşayış şəhərciyi ərazisində seçki məntəqələri açır", - məlumatda qeyd edilir.

Rusiya prezidentliyinə seçkilər martın 4-də keçiriləcək.

Rusiya Federasiyası ərazisindən kənarda yaşayan və ya olan RF vətəndaşı Dövlət Dumasına deputat seçkilərində Rusiya Federasiyasının digər vətəndaşları ilə eyni seçki hüququna malikdir.

Rusiya Federasiyası ərazisindən kənarda yaşayan və ya uzun müddət xaricdə ezamiyyətdə olan Rusiya Federasiyası vətəndaşının seçki siyahısına daxil edilməsi üçün əsas onun səsvermə günündən əvvəlki gündən gec olmayaraq müvafiq seçki məntəqəsinə təqdim etdiyi yazılı ərizə, yaxud səsvermə günündə şifahi müraciətidir.

Azərbaycanda şəxsi dəvət, xidmət, iş və turizm səfərlərində olan seçki hüququna malik Rusiya Federasiyası vətəndaşları vətəndaşın pasportunu və uçotdan çıxan şəhadətnaməsini əvəz edən pasport və ya sənəd əsasında seçki məntəqə komissiyasının binasına gəlişi halında, seçici siyahasına daxil edilir.

Uçotdan çıxan şəhadətnamələri almaq imkanına malik olmayan vətəndaşlar onların səsvermə günündə seçki məntəqə komissiyasının binasına gəlişi halında, seçki məntəqə komissiyasının seçicilər siyahısına daxil edilir.

Səsvermə günü seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 20:00-a qədər açıq olacaq.

Xəbər lenti

Xəbər lenti