...

Türkiyə Böyük Millət Məclisinin komissiyasında Xocalı faciəsi ilə bağlı bəyanat qəbul olunub

Siyasət Materials 22 Fevral 2012 16:59 (UTC +04:00)
Türkiyə Xocalı faciəsinin dünyada tanınması üzrə ədalətli mübarizədə Azərbaycanı həmişə dəstəkləməyə davam edəcək.
Türkiyə Böyük Millət Məclisinin komissiyasında Xocalı faciəsi ilə bağlı bəyanat qəbul olunub

Azərbaycan, Bakı, 22 fevral /Trend müxbir A.Tağıyeva/

Türkiyə Xocalı faciəsinin dünyada tanınması üzrə ədalətli mübarizədə Azərbaycanı həmişə dəstəkləməyə davam edəcək. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Türkiyə parlamanetinin Xarici işlər komissiyasının bəyanatında deyilir.

Xarici işlər komissiyasının sədri Volkan Bozkırın hazırladığı bəyanatda deyilir ki, Xocalı faciəsi bəşər tarixinə qara ləkə və dinc əhaliyə qarşı törədilən cinayətdir.

Bəyantda o da qeyd edilir ki, Xocalı faciəsi bütün dünya üçün dərs olmalıdır. Türkiyə bu faciədə günahkar olan bütün cinayətkarların cəzalandırılmasında qardaş Azərbaycanı həmişə dəstəkləyəcək.

Xəbər lenti

Xəbər lenti