...

İran, Tacikistan və Əfqanıstan prezidentlərinin görüşü keçiriləcək

Siyasət Materials 22 Fevral 2012 17:27 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad və Əfqanıstan Prezidenti Hamid Kərzayi Novruz bayramı ərəfəsində Tacikistana səfər edəcək. Duşənbədə üç ölkənin prezidentlərinin görüşü keçiriləcək və onlar Əfqanıstanın iqtisadi inkişafı məsələsini müzakirə edəcəklər.
İran, Tacikistan və Əfqanıstan prezidentlərinin görüşü keçiriləcək

Azərbaycan, Bakı, 22 fevral / Trend müxbir T.Cəfərov/

İran Prezidenti Mahmud Əhmədinejad və Əfqanıstan Prezidenti Hamid Kərzayi Novruz bayramı ərəfəsində Tacikistana səfər edəcək. Duşənbədə üç ölkənin prezidentlərinin görüşü keçiriləcək və onlar Əfqanıstanın iqtisadi inkişafı məsələsini müzakirə edəcəklər. Bu sözləri Tacikistanın Tehrandakı səfiri Dövlətəli Hatəmov jurnalistlərə deyib. Trend-in məlumatına görə, bu barədə MEHR xəbər agentliyi məlumat verir.

Hatəmov həmçinin deyib ki, Tacikistanda keçiriləcək Beynəlxalq Novruz bayramı mərasimi və şənliklərində Novruz bayramını qeyd edən digər ölkələrin də prezidentlərinin iştirakı gözlənilir.

İlk dəfə Beynəlxalq Novruz bayramı mərasimi ötən il İranda həyata keçirilib.

Azərbaycanın təşəbbüsü ilə 23 fevral 2010-cu il tarixində BMT Baş Assambleyası 21 martın Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti