...

Oqtay Əsədov: Ermənilər 2 milyona yaxın azərbaycanlı və türkü qətlə yetirib

Siyasət Materials 24 Fevral 2012 12:22 (UTC +04:00)
Ötən əsrin ortalarından bəri ermənilər tərəfindən 2 milyona yaxın azərbaycanlı qətlə yetirilib.
Oqtay Əsədov: Ermənilər 2 milyona yaxın azərbaycanlı və türkü qətlə yetirib

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin spikeri bəyan edib ki, ermənilər tərəfindən 2 milyona yaxın azərbaycanlı və türk qətlə yetirilib.

Trend-in məlumatına görə, parlamentin spikeri Oqtay Əsədov Milli Məclisin Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş xüsusi iclasındakı çıxışında bu barədə danışaraq bildirib ki, qədim Azərbaycan torpaqlarında azərbaycanlılar ermənilər tərəfindən fiziki və mənəvi təcavüzə məruz qalıblar.

Onun sözlərinə görə, 1949-1951-ci illərdə 100 minlərlə azərbaycanlı Ermənistandan deportasiyaya məruz qalıb.

"1988-1993-cu illərdə isə Ermənistan və Dağlıq Qarabağdan 1 milyondan çox azərbaycanlı çıxraılıb. Və bundan sonra Ermənistan tərəfindən Azərbaycan torpaqlarını işğalı başlayıb. Bu işğallar ərzində ermənilərin törətdiyi ən dəhşətli faciə Xocalı soyqırımı olub. Lakin Xocalıya qədər də, Xocalıdan sonra da bir sıra yaşayış məntəqələrində azərbaycanlılar məhvə məruz qalıblar", - o deyib.

Xocalı faciəsinə ilk hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini deyən Əsədov bildirib ki, ermənilərin törətdiyi işğal ermənilərin özlərinə də qarşı pis nəticə verməli və Ermənistan bundan nəticə çıxarmalıdır.

"Biz əminik ki, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacaq, baş vermiş cinayətlərin təşkilatçıları öz layiqli cəzasını alacaqlar", - Əsədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti