...

Elmar Məmmədyarov: Azərbaycan və Ermənistan ziyalılarının görüşü nə qədər çox keçirilərsə, regionda sülh bir o qədər tez bərqərar olar (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 24 Fevral 2012 13:26 (UTC +04:00)
İstənilən ölkə üçün ən yaxşı siyasət mehriban qonşuluq siyasətidir.
Elmar Məmmədyarov: Azərbaycan və Ermənistan ziyalılarının görüşü nə qədər çox keçirilərsə, regionda sülh bir o qədər tez bərqərar olar (ƏLAVƏ OLUNUB)

İkinci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13.26-da yayılıb)

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir S.Ağayeva/

İstənilən ölkə üçün ən yaxşı siyasət mehriban qonşuluq siyasətidir. Trend-in məlumatına görə, bu barədə Moskvada keçirilən Azərbaycan və Ermənistan ziyalılarının görüşünü şərh edən xarici işlər naziri Elmar Məmmədyarov cümə günü mətbuat konfransında deyib.

"Belə görüşlər nə qədər çox keçirilərsə, regionda sülhə bir o qədər də tez nail olmaq olar", - Məmmədyarov deyib.

Nazirin sözlərinə görə, Azərbaycan ictimaiyyəti üçün Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunun söylənilməsi vacibdir. Nazir hesab edir ki, belə görüşlərin keçirilməsi mehriban qonşuluq münasibətlərinin gələcəkdə möhkəmləndirilməsi baxımından mühümdür.

Məmmədyarov qeyd edib ki, Dağlıq Qarabağ ətrafında danışıqlar davam edir, ATƏT-in Minsk qrupunun həmsədrləri martın ikinci həftəsində gələcək addımları müzakirə etmək üçün regiona gələcəklər.

"Biz regionda sülhün və sabitliyin tezliklə bərpa olunacağına inanırıq", - Məmmədayrov qeyd edib.

Çərşənbə günü, fevralın 22-də Moskvada Azərbaycan və Ermənistan ziyalılarının görüşü keçirilib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması yolları müzakirə olunub. Bu barədə Trend-ə görüşdə iştirak edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi bildirib.

Xəbər lenti

Xəbər lenti