...

Azərbaycan MSK-nın nümayəndə heyəti Rusiyadakı prezident seçkilərini müşahidə edəcək

Siyasət Materials 27 Fevral 2012 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Bu barədə bazar ertəsi Trend-ə MSK katibliyinin müdiri Rövzət Qasımov məlumat verib.

Qasımov bildirib ki, MSK-nın nümayəndə heyəti Moskva və Sankt-Petrburqda müşahidəçilik missiyasını həyata keçirəcəklər.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 4-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti