...

Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsi müzakirə edilib

Siyasət Materials 27 Fevral 2012 17:46 (UTC +04:00)
Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü məsələsi müzakirə edilib.
Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsi müzakirə edilib

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir S.Ağayeva/

Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü məsələsi müzakirə edilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı baş danışıqçı Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti Cenevrəyə səfər edib.

Səfər çərçivəsində Azərbaycanın kənd təsərrüfatına daxili dəstək üzrə çoxtərəfli görüş, ÜTT-yə üzv olma üzrə işçi qrupunun 9-cu iclası, eləcə də ABŞ, Avropa İttifaqı, Norveç, Kanada, Ekvador və Yaponiya ilə mallar və xidmətlər üzrə ikitərəfli görüşlər keçirilib.

Həmçinin, ABŞ-ın ticarət nümayəndəsinin müavini və ÜTT yanında səfiri M.Punke, Azərbaycanın ÜTT-yə üzv olması üzrə işçi qrupunun sədri Səfir V.Levalter, ÜTT-nin Üzvolmalar Departamentinin başçısı Ç.Osakve ilə ikitərəfli görüşlər, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının və Ümumdünya Ticarət Təşkilatının ekspertləri ilə məsləhətləşmələr keçirilib.

Xəbər lenti

Xəbər lenti