Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir M.Əliyev/
Milli Məclisin çərşənbə günü keçirilən iclasında qarşıdan gələn Novruz bayramı münasibətilə amnistiya aktı layihəsinin qəbul edilməsi təklif olunub. Trend-in məlumatına görə, bu təkliflə deputat İqbal Ağazadə çıxış edib.
Ağazadənin fikrincə, həbsdə olan insanların Novruz bayramını evlərində, öz ailəsi, doğmaları ilə birgə keçirmələri yaxşı hal olardı.
"Bu həm Milli Məclis, həm də cəmiyyətimiz üçün yeni bir əhval-ruhiyyə, stimul yaradar. Əgər Milli Məclis Novruz bayramına kimi belə bir amnistiya aktını qəbul edə bilməsə, növbəti əfv fərmanının imzalanması üçün müraciət edilməlidir"- o, əlavə edib.
Azərbaycan Parlamentində amnistiya aktının qəbul edilməsi təklif olunub
Milli Məclisin çərşənbə günü keçirilən iclasında qarşıdan gələn Novruz bayramı münasibətilə amnistiya aktı layihəsinin qəbul edilməsi təklif olunub.
