...

Azərbaycan ilə İordaniya arasında siyasi məsləhətləşmələr aparılıb

Siyasət Materials 11 Mart 2012 15:25 (UTC +04:00)
Azərbaycan ilə İordaniya arasında siyasi məsləhətləşmələr aparılıb.
Azərbaycan ilə İordaniya arasında siyasi məsləhətləşmələr aparılıb

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan ilə İordaniya arasında siyasi məsləhətləşmələr aparılıb.

Azərbaycanın İordaniyadakı səfirliyindən bazar günü Trend-ə verilən məlumata görə, martın 11-də Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı bu ölkənin Xarici İşlər Nazirliyinin Baş katibi (Nazir müavini) M. Əl-Daher ilə görüşüb.

Dostluq və səmimiyyət şəraitində keçən görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, siyasi məsləhətləşmələr aparılıb.

Görüşdə eyni zamanda Yaxın Şərq regionunda cərəyan edən son hadisələr ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti