...

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib

Siyasət Materials 15 Mart 2012 15:26 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Guido Vestervelleni qəbul edib
İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Guido Vestervelleni qəbul edib.

Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin geniş sahələri əhatə etdiyini və yaxşı əməkdaşlığımızın mövcud olduğunu vurğulayan dövlətimizin başçısı xarici işlər naziri Guido Vestervellenin ölkəmizə səfərinin tərəfdaşlığımızın daha da gücləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

Almaniya Federativ Respublikasının xarici işlər naziri Guido Vestervelle ölkəmizdə keçirdiyi görüşlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Diplomatik əlaqələrimizin bu il 20 ilinin tamam olduğunu vurğulayan Almaniyanın xarici işlər naziri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini və bu çərçivədə ölkələrimiz arasında əməkdaşlığın əhəmiyyətini qeyd etdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti