...

İordaniya Senatının nümayəndə heyəti Azərbaycana səfər edəcək

Siyasət Materials 16 Mart 2012 14:11 (UTC +04:00)
İordaniya Senatının (parlamentin yuxarı palatası) nümayəndə heyətinin Azərbaycana səfəri aprelin 24-28-nə planlaşdırılıb.
İordaniya Senatının nümayəndə heyəti Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 16 mart /Trend müxbir S. Ağayeva/

İordaniya Senatının (parlamentin yuxarı palatası) nümayəndə heyətinin Azərbaycana səfəri aprelin 24-28-nə planlaşdırılıb. Bu barədə cümə günü Trend-ə Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı bildirib.

Milli Məclisin spikeri Oqtay Əsədovun Azərbaycana səfər haqqında rəsmi dəvəti İordaniya Senatının sədri Tair Masriyə Azərbaycan səfiri tərəfindən fevralda təqdim edilib.

Qarşıdakı səfər zamanı Azərbaycan-İordaniya parlamentlərarası əməkdaşlığının inkişafı məsələləri, o cümlədən iki ölkənin parlamentləri arasında dostluq qruplarının fəaliyyətinin aktivləşdirilməsi üzrə fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti