...

Türkiyə və Rusiya Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Siyasət Materials 19 Mart 2012 17:37 (UTC +04:00)
Moskvada bazar ertəsi Rusiya xarici işlər nazirinin müavini Vladimir Titovun türkiyəli həmkarı Fatih Ceylanla keçirdiyi məsləhətləşmələr zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.
Türkiyə və Rusiya Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir E.Tariverdiyeva/

Moskvada bazar ertəsi Rusiya xarici işlər nazirinin müavini Vladimir Titovun türkiyəli həmkarı Fatih Ceylanla keçirdiyi məsləhətləşmələr zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytındakı məlumatda deyilir.

"İlin ikinci yarısında Türkiyədə keçirilməsi gözlənilən Rusiya Prezidenti və Türkiyənin Baş nazirinin başçılıq etdiyi Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının üçüncü iclasına hazırlıq kontekstində Rusiya-Türkiyə münasibətlərinin inkişafı üzrə kompleks məsələlər nəzərdən keçirilib", - məlumatda deyilir.

Məlumatda o da qeyd olunur ki, enerji seqmenti ilə yanaşı, ticari-iqtisadi əməkdaşlığa xüsusi diyyət ayrılıb.

Xəbər lenti

Xəbər lenti