Azərbaycan, Bakı, 26 mart /Trend/
Milli Məclisin deputatı Qənirə Paşayeva bundan sonra ölkəmizi Avronest Parlament Assambleyasında təmsil edəcək nümayəndə heyətində də fəaliyyət göstərəcək.
Trend-in məlumatına görə, millət vəkili Qənirə Paşayeva Avronest-in Siyasi komitəsində Azərbaycanı təmsil edəcək.
Qeyd edək ki, 2-4 aprel tarixində Bakıda Avronest Parlament Assambleyasının plenar iclası keçiriləcək, ölkəmizin bu qurumdakı nümayəndə heyətinin rəhbəri isə millət vəkili Elxan Süleymanovdur.