Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir E.Mehdiyev/
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
İclas zamanı partiyanın Ali Məclisinin növbəti sessiyasının çağırılması ilə bağlı qərar qəbul olunub.
Qərara əsasən, BAXCP Ali Məclisinin növbəti sessiyası aprelin 14-də partiyanın mərkəzi mənzil-qərargahında öz işinə başlayacaq.
İdarə Heyətinin müzakirəsinə çıxarılan məsələlərdən biri də 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı olub. Bu məqsədlə martın 31-də BAXCP-nin mərkəzi mənzil-qərargahında konfrans keçirilməsi qərara alınıb.