...

Azərbaycan deputatı Avropadakı münaqişələrdə itkin düşmüş şəxslərin tapılması ilə bağlı müzakirələrə qatılacaq

Siyasət Materials 27 Mart 2012 16:31 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin deputatı Rövşən Rzayev Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak edəcək.

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin deputatı Rövşən Rzayev Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə Milli Məclisdən bildirilib.

Martın 28-dən 31-dək Belçikanın Brüssel şəhərində keçiriləcək toplantıda Avropadakı münaqişələrdə itkin düşmüş şəxslərin tapılması, miqrantların yerləşdikləri ərazilərdə durumu, onların seçki prosesində yeri, Gürcüstanla Rusiya arasındakı münaqişədən sonra bölgədə yaranmış humanitar vəziyyət və digər məsələlər müzakirə olunacaq, alt komitələrin tərkibi müəyyənləşdiriləcək.

Tədbir iştirakçılarının miqrantların saxlandığı mərkəzlə tanışlıq məqsədilə Stinokkerzil şəhərinə səfəri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti