...

Kofi Annan gələn həftə İrana səfər edəcək

Siyasət Materials 28 Mart 2012 17:50 (UTC +04:00)
BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan növbəti həftə Tehrana səfər edəcək.
Kofi Annan gələn həftə İrana səfər edəcək

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan gələn həftə Tehrana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü IRNA agentliyi İranın xarici işlər naziri Əli Əkbər Salehiyə istinadən məlumat verir.

Salehi qeyd edib ki, Annanın ya bazar ertəsi, ya da çərşənbə axşamı İrana səfər edəcəyi gözlənilir.

"Biz ümid edirik ki, Annanın Suriyada missiyası uğurlu olacaq. Suriya üçün çıxış yolu mövcuddur və bu məsələdə təmkinli olmaq lazımdır", - Salehi bildirib.

"Suriyada hakimiyyətin tez dəyişməsi regiona pis təsir edə bilər və əlavə problemlər yaradacaq", - XİN rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Suriya məsələsi üzrə İran və Türkiyə arasında bəzi fikir ayrılıqları var, lakin dialoq və məsləhətləşmələr daimi əsasda keçirilir.

Xəbər lenti

Xəbər lenti