...

Avronestin PA Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenko ilə bağlı qətnamə qəbul edib

Siyasət Materials 3 Aprel 2012 17:56 (UTC +04:00)
Avronestin PA-nın Bakıda keçirilən ikinci plenar iclasında Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenko ilə bağlı qətnamə qəbul olunub.
Avronestin PA Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenko ilə bağlı qətnamə qəbul edib

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir M.Əliyev/

Avronestin PA-nın Bakıda keçirilən ikinci plenar iclasında Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenko ilə bağlı qətnamə qəbul olunub.

Trend-in məlumatına görə, qətnamənin müəllifi Ukraynadan olan deputat Tarasuk deyib ki, Yuliya Timoşenko və digər müxalif siyasətçilər azad edilməlidir. Ukraynanın müvafiq orqanları onlara müalicə üçün şərait yaratmalıdır.

"Qətnamə yalnız humanitar aspektə və Timoşenkoya deyil, həmçinin bütün siyasi məhbuslara aid edilməlidir", - o deyib.

Ukraynalı deyutatlar bildiriblər ki, burada söhbət yalnız Timoşenkodan deyil, Ukrayna demokratiyasından gedir.

Müzakirələr zamanı bir sıra digər ölkələrin deputatları bu məsələdə kifayət qədər məlumatlı olmadığını və bitərəf mövqe göstərəcəklərini bildiriblər.

Qətnamə 40 lehinə, 2 əleyhinə, 17 bitərəf olmaqla qəbul olunub.

Xəbər lenti

Xəbər lenti