...

Azərbaycan və Şimali Kipr Türk Respublikasının jurnalistlərinin qarşılıqlı səfərləri təşkil olunacaq

Siyasət Materials 4 Aprel 2012 17:46 (UTC +04:00)
Azərbaycan və Şimali Kipr Türk Respublikasının jurnalistlərinin qarşılıqlı səfərləri təşkil olunacaq.
Azərbaycan və Şimali Kipr Türk Respublikasının jurnalistlərinin qarşılıqlı səfərləri təşkil olunacaq

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Şimali Kipr Türk Respublikasının jurnalistlərinin qarşılıqlı səfərləri təşkil olunacaq.

Azərbaycan Prezidenti yanında Kütləvi İn­formasiya Vasitə­ləri­nin İnkişafına Dövlət Dəstəyi Fondundan Trend-ə bildirilib ki, bu barədə razılıq Fondun icraçı direktoru Vüqar Səfərli və Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin rəh­bəri Zəki Qazioğlu ara­sın­da çərşənbə günü ke­çirilən görüşdə əldə olunub.

Görüşdə Fondun icraçı direktoru Azərbaycan ilə Şi­mali Kipr Türk Respublikası arasında əlaqələrin son illərdə bütün sahələrdə sürətlə inkişaf etdiyini, münasibətlərdə keyfiy­yətcə yeni mərhələnin yarandığını qeyd edib.

Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu Fondun türkdilli ölkələrin media qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsindəki səylərini yüksək dəyər­lən­dirib. O, Şimali Kipr Türk Respublikası ilə Azərbaycanın kütləvi informasiya vasitələri arasında əməkdaşlığın hər iki ölkə üçün faydalı olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti