...

Azərbaycan Qəbələ RLS-ni icarəyə verməyi dövlət maraqlarından çıxış edərək müəyyən edir - Əli Həsənov

Siyasət Materials 4 Aprel 2012 20:13 (UTC +04:00)
Azərbaycan Qəbələ RLS-ni kimə, hansı müddətə, hansı şərtlərlə icarəyə verməyi dövlət maraqlarından çıxış edərək müəyyən edir.
Azərbaycan Qəbələ RLS-ni icarəyə verməyi dövlət maraqlarından çıxış edərək müəyyən edir - Əli Həsənov

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Qəbələ RLS-ni kimə, hansı müddətə, hansı şərtlərlə icarəyə verməyi dövlət maraqlarından çıxış edərək müəyyən edir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Qəbələ RLS bizim mülkiyyətimizdir, biz onu kimə, hansı müddətə, hansı şərtlərlə icarəyə verməyi dövlət maraqlarımızdan çıxış edərək müəyyən edirik. Onun qiymətini də, siyasətini də, qonşu dövlətlərlə münasibətlərə onun təsirini də nəzərə alırıq", - Həsənov deyib.

Bir müddət əvvəl Ermənistanın Baş naziri bildirib ki, Azərbaycan və Rusiya Qəbələ RLS ilə bağlı razılığa gəlməsələr, Ermənistan Rusiyaya belə lokasiya stansiyasının tikintisinə icazə verə bilər.

"Bizim heç bir etirazımız yoxdur. Əlbəttə, Ermənistan forpostu niyə həm də radiolokasiya postu olmasın? Rusiyaya Ermənistan ərazisində belə post tikmək lazımdırsa, biz buna etiraz etməyəcəyik", - o deyib.

Həsənov bildirib ki, Azərbaycan öz ərazisindəki məntəqələrə, o cümlədən hərbi məntəqələrə cavabdehdir, bununla bağlı öz siyasətini müəyyənləşdirir.

Xəbər lenti

Xəbər lenti