...

Ermənistanın seçici siyahısına təqribən 2,5 milyon nəfər daxil edilib

Siyasət Materials 7 Aprel 2012 10:52 (UTC +04:00)
Ermənistanın seçici siyahısına 2 482 739 nəfər daxil edilib.
Ermənistanın seçici siyahısına təqribən 2,5 milyon nəfər daxil edilib

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Ermənistanın seçici siyahısına 2 482 739 nəfər daxil edilib. Trend-in şənbə günü Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan polisinin mətbuat xidməti bildirib.

Bununla yanaşı, ümumi siyahıya daxil edilən 74 seçicinin adı yaşayış yeri üzrə siyahılardan müvəqqəti olaraq silinərək səsvermə zamanı yerləşmə yeri üzrə məntəqənin əlavə siyahısına daxil edilib.

Ermənistanda qeydiyyatı olmayan iki nəfər yaxın seçki məntəqəsinin əlavə siyahısına daxil edilib. Bundan başqa, əlavə siyahıya səsvermə zamanı seçki məntəqələrinə ezamiyyətə yollanan 10 polis əməkdaşı daxil edilib. Bununla belə, adıçəkilən şəxslər qeydiyyat yeri üzrə seçici siyahısından çıxarılıb.

Qeyd edək ki, mayın 6-da Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti