...

Elmar Məmmədyarov Fransa səfirini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 13 Aprel 2012 19:39 (UTC +04:00)
Elmar Məmmədyarov Fransanın Azərbaycandakı səfiri Qabriel Kelleri ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Elmar Məmmədyarov Fransa səfirini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycandakı səfiri Qabriel Kelleri ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, görüş zamanı Keller Azərbaycanda işlədiyi dövrdə Fransa ilə Azərbaycan arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini qeyd edib və faydalı əməkdaşlığa görə Xarici İşlər Nazirliyinə minnətdarlığını bildirib.

Azərbaycanla Fransa arasında münasibətlərin genişləndirilməsi işinə verdiyi töhfəyə görə səfirə öz minnətdarlığını bildirən Məmmədyarov Kellerə xoş arzularını çatdırıb və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti