...

"Cənubi Qafqaz. 1903-cü il" xəritəsi nəşr olunacaq

Siyasət Materials 18 Aprel 2012 19:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Cənubi Qafqaz. 1903-cü il" xəritəsinin nəşri haqqında sərəncam imzalayıb.
"Cənubi Qafqaz. 1903-cü il" xəritəsi nəşr olunacaq

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Cənubi Qafqaz. 1903-cü il" xəritəsinin nəşri haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 1903-cü ildə Rusiyada tərtib edilmiş "Карта Кавказского Военного Округа 1903-го года" xəritəsi əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış "Cənubi Qafqaz. 1903-cü il" xəritəsi nəşr olunsun. "Cənubi Qafqaz. 1903-cü il" xəritəsinin nəşri üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 225,0 (iki yüz iyirmi beş) min manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti