...

Azərbaycanın hakim partiyası: Avropa Parlamentinin qəbul etdiyi qətnamə ölkənin xarici siyasətinin uğurudur

Siyasət Materials 19 Aprel 2012 11:24 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Avropa Parlamentinin qəbul etdiyi qətnaməni ölkənin xarici siyasətinin uğuru kimi qiymətləndirir.
Azərbaycanın hakim partiyası: Avropa Parlamentinin qəbul etdiyi qətnamə ölkənin xarici siyasətinin uğurudur

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hakim partiyası Avropa Parlamentinin qəbul etdiyi qətnaməni ölkənin xarici siyasətinin uğuru kimi qiymətləndirir.

"Azərbaycan Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq edir, "Şərq tərəfdaşlığı" çərçivəsində bu əməkdaşlıq öz bəhrəsini verir", - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Əhmədov hesab edir ki, qətnamə Azərbaycanın Avropaya inteqrasiyasının daha da genişlənməsinə ciddi ehtiyac yaradacaq.

"Bu, həm Azərbaycanın Avropa strukturları ilə daha yaxından əməkdaşlığı, həm də Avropanın Qafqaz siyasətinin genişlənməsi üçün əhəmiyyətlidir. Azərbaycanın etibarlı tərəfdaş kimi bu illər ərzində özünü göstərməsi bu əməkdaşlığın daha da genişlənməsinə, möhkəm və etibarlı bünövrə üzərində qurulmasına əsas yaradır. Güman edirəm ki, qəbul olunan qətnamə bu əməkdaşlığın bundan sonra da genişlənməsinə ciddi təkan verə biləcək", - Əhmədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti