Emosiya qrupları, antimilli müxalifət və mitinq

Emosiya qrupları, antimilli müxalifət və mitinq

Hikmət Babaoğlu - "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru

Hər zaman müxtəlif xarakterli qarşıdurmalar və ziddiyyətlərlə, həmçinin, destruktiv fəaliyyət mexanizmi ilə gündəmə gələn radikal müxalifət siyasi palitrada dağıdıcı subyekt qismində çıxış etməklə, özünün korporativ, anti-Azərbaycançı, qərəzli xarici dairələrin isə transmilli maraqlarının təmin olunması üçün ən müxtəlif metod və texnologiyalara istinad edir. Daha da dəqiqləşdirsək, sosial bazası və reytinqi, demək olar ki, olmayan, Azərbaycan siyasi palitrasında funksionallığını çoxdan itirmiş və disfunksiya nümunəsi qismində çıxış edən radikal müxalifət daha çox anarxist və radikal meyillərlə müşayiət edilən, özündə təxribatçı və manipulyasiya xarakterli taktika və niyyətləri ehtiva edən siyasi fəaliyyət mexanizmindən yararlanmağa çalışır. Radikal müxalifətin "mitinq" kimi səciyyələndirməyə çalışdığı son təxribatçı aksiyalarda müşahidə olunan faktlar və reallıqlar da bunu göstərən bariz nümunələrdəndir.

Emosiya qrupları yeni ideoloji idxal məhsuludur

Qeyd etmək lazımdır ki, radikal müxalifət 8 aprel tarixində həyata keçirdiyi "mitinq"dəki biabırçı fiaskodan sonra yeni dağıdıcı metodlara istinad etmək qərarına gəlib ki, bu sırada da emosiya qruplarından istifadə olunması nəzərdə tutulub. Belə ki, növbəti dağıdıcı aksiyada emosiya qruplarının iştirak etməsi planlaşdırılır. Bu qruplar mitinqə qatılacaq radikal siyasi partiyalar tərəfindən təşkil olunub və onlar təlimata uyğun olaraq, öz aralarında daha çox radikal olmaq üçün yarışacaqlar. Ən radikallar mitinqin sonunda mükafatlandırılacaqlar. Əlbəttə, bu fakt radikal müxalifətin "mitinq" adını verdiyi təxribatçı aksiyalarda anarxist və radikal meyillərə istinad olunmasına dəlalət edir. Çünki emosiya qruplarından daha çox radikal və anarxist səciyyəli kütləvi aksiyalarda-hərəkatlarda istifadə olunur və bu sabitliyi pozmaq, xaos və dağıdıcı meyillər yaratmaq missiyasına xidmət edir.

Emosiya qrupları radikallar və anarxistlərin mitinq taktikası kimi...

Qeyd etdiyimiz kimi, emosiya qruplarından daha çox radikal və anarxist cərəyanların nümayəndələri tərəfindən istifadə olunur. Başqa sözlə, bu qruplar öz fəaliyyətlərində siyasi radikalizmin təməl prinsiplərini əsas götürməkdə və fəaliyyət mexanizmlərini radikal, anarxist niyyətlər üzərində qurmaqdadırlar. Emosiya qrupları dedikdə isə heç bir rasional kriteriya və çalarlar əsasında fəaliyyət göstərməyən, bu və ya digər məsələyə münasibətdə radikal, təxribatçı və manipulyativ situasiyanın formalaşdırılması missiyasına xidmət edən kütləvi (əslində, bir o qədər də pərakəndə-H.B.) birliklər nəzərdə tutulur.
Fikrimizi əsaslandırmaq üçün siyasi radikalizm və anarxizmin nümunəsində emosiya qruplarının fəaliyyət mexanizminin mahiyyətinə, eyni zamanda, bu qruplardan istifadə edən siyasi subyektlərin taktika və strategiyalarının əsaslarına toxunacağıq.

Bəs emosiya qrupları nədir?

Beləliklə, ilk növbədə siyasi radikalizmin timsalında emosiya qruplarının fəaliyyət mexanizminin mahiyyətinə toxunmaq məqsədəmüvafiqdir. XVIII əsrdən etibarən siyasi leksikonda işlənməyə başlayan radikalizm mövcud sistemin əsaslı dəyişdirilməsini nəzərdə tutan və cari durumu qəbul etməyən ideoloji baxışlar sistemi kimi səciyyələndirilir. Bu baxışlar sisteminin fonunda kütləvi etirazçılar kimi istifadə olunan emosiya qrupları isə səsləndirdikləri şüarlarla manipulyativ və təxribatçı situasiya formalaşdırmağa çalışırlar. Sirr deyil ki, radikal ideologiyanı mənimsəmiş emosiya qruplarının fəaliyyət mexanizminin əsasında atılan addımların fonunda mövcud sistemin əsasları və qanunauyğunluqları nəzərə alınmadığından sonunda ciddi kataklizmlərin təzahür etməsi gözlənilən haldır. Bəzi araşdırmaçılar radikalist baxışlar sistemini mürtəce ideologiya kimi səciyyələndirir və qeyd edirlər ki, radikal xarakterli ideoloji xətt sonu bəlli olmayan xaotik meyillərin əsasını qoyan və antaqonist tendensiyaları kəskinləşdirən amil kimi dəyərləndirilməlidir. Elə bu kontekstdən çıxış edən araşdırmaçılar emosiya qruplarını da destruktiv birləşmələr kimi səciyyələndirirlər. Çünki mürtəce ideologiyanı mənimsəmiş bu cür kütləvi birliklər yalnız dağıdıcı addımlara istinad edir və öz şüarlarında, addımlarında heç bir rasional kriteriyaya istinad etmirlər.

Radikalizm siyasətdən sui-istifadədir

Siyasi radikalizmin tədqiqatçılarından biri olan Ceyms Mill qeyd edir ki, radikalizm, əslində, ayrı-ayrı ideologiyalardan sui-istifadənin fonunda ortaya çıxmış baxışlar sistemidir: "Klassik mənada radikal siyasi fəaliyyətə malik olanlar heç vaxt islahat tərəfdarı ola bilməzlər. Onlar qurucu deyillər. Mövcud status-kvonun dəyişdirilməsi və ümumi nizamın alt-üst edilməsi niyyətinin fonunda hərəkət edən radikal siyasətçilər daim inqilabi dəyişikliklər istəyirlər. Amma bu dəyişikliklərin ümumi rifaha və sosial ədalətə nə qədər faydalı olacağını bilməmələri onların fəaliyyətinin qeyri-müəyyənliyini aşkar edir".
Beləliklə, buradan da belə bir qənaətə gəlinir ki, status-kvonun dəyişdirilməsi və ümumi nizamın alt-üst edilməsi niyyətinin fonunda hərəkət edən radikalizm nümunələri-emosiya qrupları nə istədiklərini və nəyə xidmət etdiklərini dərk etmirlər. Onlar mənimsədikləri radikal ideologiyanın fonunda irrasional şüar və addımlara istinad edirlər.
Araşdırmaçı Erriko Malatesta isə qeyd edir ki, siyasi radikalizm ümumi qəbul edilmiş təməl baxışların və prinsiplərin dəyişdirilməsini nəzərdə tutduğundan cəmiyyətdə deviasiyaları sürətləndirən və ayrılmaları təmin edən qeyri-maddi faktor kimi çıxış edir. Əlbəttə ki, emosiya qrupları da öz fəaliyyətlərini bu cür prinsiplər üzərində qurduqlarından deviant birləşmələr kimi səciyyələndirilir.

Radikalizm siyasi terrorizm və amoralizmdir

Qeyd etmək lazımdır ki, radikallar dağıdıcı niyyətlərini həyata keçirmək üçün ən müxtəlif zaman kəsiklərində fərdi və kütləvi terrora, təxribat və iğtişaşlara baş vurublar. Eyni zamanda, emosiya qrupları öz şüar və tələblərində terror, təxribat və iğtişaş çağırışları ilə çıxış edirlər. Hətta şovinizm, irqçilik, amoralizm (əxlaq tələblərinə və cəmiyyətdə qəbul edilmiş ümumi normalara etinasız, saymazyana yanaşma) kimi bəşəriyyətə ciddi bəlalar gətirmiş dağıdıcı meyillər də radikalizmin fonunda ortaya çıxıb və emosya qruplarının istinad nöqtəsi qismində səciyyələndirilir. Bütün bunların fonunda maksimalist, nihilist davranış formaları sərgiləyən emosiya qruplarının qeyri-müəyyən məqsədlər naminə zorakı, dağıdıcı metodlara istinad etməsi onların sosial tərəqqinin təkamül amillərinin imkanlarını düzgün qiymətləndirə bilməmələrindən irəli gəlir.

Emosiya qrupları həm də anarxistlər və antidövlətçilərdir

Radikalizmin sol qanadının təzahür formalarından və ideoloji xəttlərindən biri olan anarxizm də emosiya qruplarının ideya mənbəyi kimi çıxış edir. "Suveren milli dövlətlərin sıradan çıxması" və "ümumi normalarla təsbit edilmiş qanunların ləğv edilməsi" prinsiplərindən çıxış edən anarxistlər sadalanan məqsədlərin həyata keçirilməsi naminə inqilab etməyə və müxtəlif stratifikasiyalar arasında antaqonizm yaratmağa cəhd edirlər. Onların ən çox istifadə və istinad etdiyi vasitə isə sui-qəsd metodudur. Təsadüfi deyil ki, emosiya qrupları da öz çağırışlarında bu cür dağıdıcı vasitələrə xüsusi yer verirlər.
Göründüyü kimi, radikalizm və anarxizmin təməl prinsiplərinin, ideyalarının fonunda ortaya çıxmış emosiya qrupları zamanından və məkanından asılı olmayaraq disfunksionallıq gətirən tənəzzül mənbəyidir. Məhz elə buna görə də, hər bir cəmiyyətin rasional düşüncəli fərdləri bu cür dağıdıcı meyillər və əməllərə qarşı birmənalı şəkildə müqavimətçi mövqeyində durur. Başqa sözlə, sağlam düşüncəli cəmiyyətlərdə bu cür dağıdıcı vasitə və meyillərə birmənalı şəkildə "yox" deyilir.

Emosiya qruplarına bağlanmış ümid...

Qeyd etdiyimiz kimi, radikal müxalifət növbəti mitinqlərdə emosiya qruplarından istifadə olunmasını planlaşdırıb. Əlbəttə ki, bu fakt özülüyündə radikal müxalifətin siyasi fəaliyyətinin hansı prinsip və meyarlara söykəndiyini göstərir. Daha da dəqiqləşdirsək, normal siyasi mübarizə apara bilmədiklərindən dağıdıcı metodlara istinad edən radikallar bu dəfə emosiya qruplarına ümid bağlayıblar. Təbii ki, bu fakt heç də təəccüblü deyil. Çünki xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini xarici qərəzli dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran radikal müxalifət son zamanlar Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif metodlara istinad edir və ölkədə antaqonist proseslərin əsasını qoymağa çalışır. Verdiyi bəyanatlarla insanları və ictimai şüuru manipulyasiyaya məruz qoymağa çalışan radikallar ümummilli mənafeyi, milli təhlükəsizliyi özlərinin və anti-Azərbaycançı mərkəzlərin maraqlarına qurban vermək üçün xüsusi canfəşanlıq edirlər. Bu da onu deməyə əsas verir ki, radikal müxalifət Azərbaycanın milli təhlükəsizliyini və milli mənafeyini özünün korporativ səciyyə daşıyan destruktiv maraqlarına qurban verməyə razıdır.
Digər tərəfdən, emosiya qruplarından istifadə olunması planı ona dəlalət edir ki, radikal müxalifət hazırkı mərhələdə radikal, təxribatçı və manipulyativ situasiyanın formalaşdırılması missiyasına xidmət edən vasitələrə istinad edir.

Sağlam rəqabət əvəzinə ekssess aktları seçmək radikal müxalifəti autsayderə çevirib

Bütün bunlar ona dəlalət edir ki, radikal müxalifət özünün siyasi irrasionallığını davam etdirir və siyasi palitrada yalnız dağıdıcı subyekt qismində təmsil olunur. Onlar siyasi palitrada mövcud olan demokratik şəraitdən heç cür istifadə edə bilmirlər. Bu tendensiya müstəqillik əldə edildikdən sonra özünü göstərir. Faktdır ki, onlar plüralist mühitin fonunda rəqabət əvəzinə dağıdıcı təxribatlarları, ictimai-siyasi münasibətlər sisteminə qarşı yönəlmiş qəsdləri, ekssess aktlarını (cəmiyyətdə kəskin ziddiyyətlərlə müşayiət edilən toqquşmaların yaranmasına və ictimai asayişin pozulmasına yönəlmiş hərəkətlər) seçməklə autsayderə çevriliblər. Konstruktiv siyasi subyektə çevrilə bilməyən radikal müxalifət bu günə qədər ictimai-siyasi zərurət kimi alternativ ideya istehsal edə bilməyib və sağlam fəaliyyət mexanizmindən məhrum olub. Bununla yanaşı, radikallar "marginal burulğan"lar yaratmaqla cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri manipulyasiyaya məruz qoymaqla onları ən müxtəlif təxribatlarda iştiraka sövq edirlər. Bir sözlə, dağıdıcı müxalifət normal siyasi mübarizə imkanlarını qiymətləndirə bilmədiyindən cəmiyyəti ən müxtəlif dissonanslarla (qarışıqlıq, ictimai asayişin pozulması ilə təzahür edən xaotik durum) qarşı-qarşıya qoymaq metodunu seçib. Bu isə nəticə etibarilə onların özləri üçün "bumeranq" zərbəsi qismində çıxış edir.

Radikal müxalifətin ideya və maliyyə mənbələrinə dair...

Bütün bunların fonunda qeyd edilməlidir ki, radikal müxalifət öz fəaliyyətini sırf xarici güclərin, anti-Azərbaycançı maraq qruplarının dağıdıcı mənafeyi üzərində qurmaqdadır. Başqa sözlə, radikal müxalifət beynəlxalq maraq qruplarından aldıqları qrantların "haqq"ını vermək və maliyyə axınının davamlılığını təmin etmək üçün bu cür destruktiv metod və texnologiyalara istinad edir. Bu isə onu deməyə əsas verir ki, siyasi partiya adı altında fəaliyyət göstərən bu qüvvələr həqiqətdə təxribatçı-dağıdıcı təzyiq qrupu funksiyasını yerinə yetirirlər.

Emosiya qrupları son ideoloji diversiya kimi müxalifəti bir dəfəlik bitirəcək

Beləliklə, təxmin etmək çətin deyil ki, radikal müxalifət emosiya qrupları ideyasını (əslində, sifarişini) xidmət etdikləri qərəzli xarici dairələrdən alıb. Amma onlar dərk etməlidirlər ki, istinad etdikləri dağıdıcı qüvvələr antimilli səciyyə daşıyır, tənəzzül mənbəyi qismində çıxış edir və xalqın ali mənafeyinə ziddir.
Nəticə etibarilə, radikal müxalifət Azərbaycana qarşı müəyyən təzyiqlər etmək istəyən qərəzli dairələrin əlində ucuz vasitə kimi çıxış edir. Son olaraq İctimai Palatanın 8 aprel tarixində keçirdiyi mtiniqdə çağırışların və şüarların xarici dildə səsləndirilməsi bir daha buna dəlalət edir.
Dolayısıyla, radikal müxalifət Azərbaycanda sabitliyin pozulması missiyasına xidmət etməkdədir və bunun da qanunauyğun nəticəsi kimi, xalq, ictimaiyyət onlara birmənalı şəkildə "yox" deyir. Bəhs edilən dağıdıcı qüvvələrin "demokratiya" adı altında etdiyi meydan nümayişlərinin əsl mahiyyəti artıq ifşa edilib və anarxistlərin "demokratiya" maskası düşüb. Məhz belə bir şəraitin fonunda radikal müxalifət üçün yeganə və son seçim siyasi səhnəni tərk etməkdir. Çünki antimilli mövqedən çıxış edərək milli maraqları zərbə altına qoyan həmin qüvvələr bu cür dağıdıcı fəaliyyətin fonunda özlərinin siyasi mövcudluqlarını davam etdirə bilməzlər. Nəticə etibarilə, artıq radikal müxalifətin siyasi palitradan çəkilməsi ictimai-siyasi zərurətə çevrilib.

Dövlət başçısının apardığı siyasət nəticəsini verdi - Deputat
Dövlət başçısının apardığı siyasət nəticəsini verdi - Deputat
Gəncəyə növbəti raket atəşini qətiyyətlə pisləyirəm - Qazaxıstan səfiri
Gəncəyə növbəti raket atəşini qətiyyətlə pisləyirəm - Qazaxıstan səfiri
Düşmənin hərbi texnikaları və canlı qüvvəsi məhv edilib (VİDEO)
Düşmənin hərbi texnikaları və canlı qüvvəsi məhv edilib (VİDEO)
Loading Bars
Xəbər lenti
Tarix yazan qəhrəmanlarımız - Onları tanıyaq (FOTO)
VPN ilə bağlı əhaliyə xəbərdarlıq
İtalyan professor: Azərbaycan Ermənistanı güzəştə məcbur etmək üçün vacib olan hücum və müdafiə sistemlərinə malikdir
Yeni şanlı tarixin zirvəsi - Şuşa
Dövlət başçısının apardığı siyasət nəticəsini verdi - Deputat
Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib (VİDEO)
Ermənistanın cinayətlərinə beynəlxalq birliyin müəyyən dairələri susqunluq nümayiş etdirir - Deputat
Peşəkar jurnalist Hi Pinq Çinin Sinxua agentliyinin prezidenti təyin edilib
Gəncəyə növbəti raket atəşini qətiyyətlə pisləyirəm - Qazaxıstan səfiri
Ermənistanın növbəti PUA-sı məhv edilib
Ali Məhkəmə erməni terroru ilə bağlı bəyanat yayıb
Düşmənin hərbi texnikaları və canlı qüvvəsi məhv edilib (VİDEO)
Xudafərin istiqamətində hərbi əməliyyatların aparılması barədə düşmənin yaydığı xəbər cəfəngiyatdır - Hikmət Hacıyev
Ermənilər Xudafərini birdəfəlik unutsunlar - Anar Eyvazov
Düşmən itki verərək geri çəkilib - Müdafiə Nazirliyi
Bəzi vətəndaşların sosial şəbəkələrdə hərbi məlumatları yayması hərbi sirri pozur - Anar Eyvazov
Virusa yoluxma statistikasında dalğalanma hansı səbəbdən baş verir?
ABŞ-da 58 mindən çox koronavirusa yoluxma qeydə alınıb
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib
Koronavirusa yoluxanlarda sonradan hansı fəsadlar ola bilər? - Həkim açıqladı
A-Qroup Gəncə terrorunda ata, ana, bacısını itirən Xədicə-nin yetkinlik yaşına qədər bütün tibbi xərclərini öz üzərinə götürüb
Ermənistan qlobal təxribatçıların əlaltısıdır - Xarici KİV-lər
Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclərdən Azərbaycan dəstək (FOTO)
Hindistanın Şri Şri Universitetində Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
İşğaldan azad olunmuş Zəngilan şəhərinin “Azersky” peykindən əldə edilmiş təsviri
Kamal Kılıçdaroğlu Prezident İlham Əliyevə məktub göndərib
Xudafərinlə bağlı erməni tərəfinin yaydığı məlumat dezinformasiyadır - Müdafiə Nazirliyi
Təhsil Nazirliyi Zəngilanın təhsil statistikasını açıqlayıb
KOB-ların maliyyə resurslarına çıxış imkanlarına dair bankların iştirakı ilə vebinar keçirilib
Ermənistan vergi güzəştlərini ləğv edir - Büdcə tükənir
Ciddi karantin qaydaları tətbiq etmədən də koronavirusa qalib gəlmək olar - MÜTƏXƏSSİS
Ombudsman Ermənistanın Gəncə şəhərini ballistik raket atəşinə tutması barədə hesabat hazırlayıb
Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik - Hulusi Akar
Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrimiz atəşə tutulub
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
Bakıda pik saatlar üçün 100 ehtiyat avtobus ayrıldı
Azərbaycanda 584 nəfər COVID-19-a yoluxdu, 128 nəfər sağaldı, 5 nəfər vəfat etdi
Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir - Deputat
Prezident İlham Əliyev sözümüzün imzamız qədər əhəmiyyətli olduğunu bir daha dünyaya nümayiş etdirir - Vüqar Rəhimzadə
Mərkəzi Gömrük Hospitalının travmatoloqu Ramin Rzayev canlı yayımda çıxış edəcək
Oktyabrın 21-də manatın dollara qarşı məzənnəsi
Prezident İlham Əliyev: Əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir
“WhatsApp”ın veb versiyasında gözlənilən funksiya işə düşür
Ermənilər tərəfindən mülki əhalimizə qarşı törədilən cinayət faktları üzrə 37 cinayət işi başlanıb
Prezident İlham Əliyev: Bu gün nəyi demək mümkündürsə onu deyirik
Birinci vitse-prezident Mehriban Əliyeva: Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm!
Prezident İlham Əliyev: Bu yalançıları biz bundan sonra da qovacağıq
1, 5 və 50 manatlıq pul nişanları yeni dizaynda tədavülə buraxılır (FOTO)
Prezident İlham Əliyev: Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram
Prezident İlham Əliyev: Təkbaşına vuruşuruq, hər kəs bunu bilir
Prezident İlham Əliyev düşmənin məhv edilən və ələ keçirilən hərbi texnikalarının siyahısını açıqlayıb
İslamofobiya və türkofobiya Ermənistanın əsas xəstəliyidir - Türkiyə Prezident Administrasiyası
Azərbaycan Prezidenti: Ermənistan rəhbərliyi artıq bizim qarşımızda diz çöküb, onlara layiq olan yeri göstərmişik
Rusiyada 16 mindən çox yoluxma qeydə alınıb
Ankarada Ermənistanın Gəncə terroruna etiraz olaraq avtoyürüş keçirilib (FOTO)
Ermənistan növbəti itkilərini açıqlayıb
Prezident İlham Əliyev: Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində aparır
Prezident İlham Əliyev: Düşmənin başını yaran yumruğumuz bizim birliyimiz, məqsədyönlü fəaliyyətdir
Ermənilər Tərtəri atəşə tutdu, 2 mülki şəxs həlak oldu
Bu gün qazanılan uğurlar bir-iki günün yox, illərdir aparılan uzaqgörən siyasətin nəticəsidir - Deputat
Azərbaycan Prezidenti: Onlar, sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar
Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq
Azərbaycan Bayrağı Zəngilan şəhərində (VİDEO)
Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib
Prezident İlham Əliyev: Zəngilan şəhəri və 24 kənd işğaldan azad olunub
Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır
Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
İranda sutka ərzində 5 min nəfərdən çox şəxs koronavirusa yoluxub
Ermənistanın dinc insanları hədəfə almasını dünyanın görməsi vacibdir - Mustafa Şentop
Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə geri çəkildiklərini etiraf etdi
Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO) (YENİLƏNİB)
Ermənilərin Azərbaycan Ordusu qarşısında tab gətirə bilməməsi gözlənilən idi - Ekspert
Yerəvanda təcili toplantı: Separatçı rejimin sabiq "lider"ləri Paşinyandan izahat tələb edir
Təkcə düşmənlə deyil, onunla əlbir olan silah alverçiləri, terrorçularla da mübarizə aparırıq - Ekspert
Türkiyə parlamentinin sədri Gəncədədir (FOTO/VİDEO)
Ermənistanın indiki rəhbərliyi real problemləri həll etməyi bacarmır - Rusiyalı siyasi texnoloq
Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib (VİDEO)
Ermənistan sosial şəbəkələrdə Azərbaycan adından əsgərlərimizə yardım adı altında vəsait toplayır - FOTO
Tapqaraqoyunluda qaz təchizatının bərpasına başlanılır (FOTO)
Ermənilər bütün saytlarda və sosial şəbəkələrdə çox aktiv şəkildə bizi izləyir - Hərbi ekspert
ADA Universitetinin xarici məzunları Azərbaycana həsr edilən kitab yazıblar
Gənclər təşkilatları arasında vətənpərvərlik istiqamətində layihə müraciətlərinin nəticələri açıqlanıb
Vətən Müharibəsindəki şanlı qələbəmiz müasir tariximizdə yeni səhifələr açacaq - Rektor
Xristian dini icma rəhbərləri ABŞ konqresinə təqdim olunmuş qətnamə layihəsinə etiraz edib
Ceyhun Bayramov Türkiyə parlamentinin sədri ilə görüşüb (FOTO)
Ayaq burxulan zaman nə etmək lazımdır?
Cəbhəyanı bölgələrdə fəaliyyət göstərən sahibkarlara dəstək göstərilib
Koronavirus cəbhəyə ötürülərsə, Ordumuz bir deyil, iki düşmənlə mübarizə aparmaq məcburiyyətində qalacaq - Ekspert
Ermənistana ordumuz qarşısında daha 10-15 gün dayana bilmək üçün ən azı 2-3 milyardlıq hərbi dəstək edilməlidir - Ekspert
Gəncə, Tərtər, Beyləqana ölümcül zərbələr barədə xəbərlər məni dəhşətə gətirib - Baronessa Nikolson
Ermənistanın raket zərbələri Gəncədəki alman tarixi və mədəni irsi üçün təhlükə mənbəyidir
Sabah yağış yağacaq, külək əsəcək
Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur - Müdafiə Nazirliyi
Azərbaycanda qızıl ucuzlaşıb
Azərbaycanın ərazi bütövlüyü tezliklə tam təmin olunacaq - Rusiyalı partiya sədri
Azərbaycan Ordusu tarix yazır - Onları siz də tanıyın (FOTO)
Biz birlikdə güclüyük! Bu çağırışı unutmayın - Elmira Süleymanovadan müraciət
Azərbaycanda ali təhsil diplomlarının tanınması ilə bağlı yeni qaydalar müəyyənləşir
Ermənistanın hücumları nəticəsində Gəncədə zərər çəkmiş şəxslərə Ombudsmanın təşəbbüsü ilə psixoloji yardım göstərilib (FOTO)
Azərbaycanda transplantasiya obyekti olan orqan və toxumaların siyahısı müəyyənləşdi
Bütün xəbərlər