...

Argentina universitetinin radiosunun proqramı bütünlükdə Azərbaycana həsr olunub

Siyasət Materials 20 Aprel 2012 10:29 (UTC +04:00)
Argentinanın Açıq İnteramerikan Universitetinin (Universidad Abierta İnteramericana) “Conexion Abierta” radiosunun “İmpulso Cultural” proqramının 19 apreldə yayımlanmış buraxılışı bütünlükdə Azərbaycana həsr edilib.
Argentina universitetinin radiosunun proqramı bütünlükdə Azərbaycana həsr olunub

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Argentinanın Açıq İnteramerikan Universitetinin (Universidad Abierta İnteramericana) "Conexion Abierta" radiosunun "İmpulso Cultural" proqramının 19 apreldə yayımlanmış buraxılışı bütünlükdə Azərbaycana həsr edilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "İmpulso Cultural" proqramı qeyd olunan Universitetlə Argentinanın "Equilibrium Globol" qeyri-hökumət təşkilatının birgə layihəsidir və bu proqram müxtəlif ölkələrin tarixi, mədəniyyəti və musiqisinə həsr olunur. 1 saatlıq veriliş canlı olaraq səfirliyin əməkdaşı Ruslan Rzayevlə müsahibə şəklində yayımlanıb.

Müsahibədə Ruslan Rzayev Azərbaycanın qədim və zəngin tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, ənənələri və mətbəxi haqqında məlumat vermiş və ölkəmizin çoxmədəniyyətli ölkə olması və sivilizasiyalararası dialoqun təşviqindəki rolu barədə danışıb. Rzayev diqqəti əsas etibarilə Azərbaycanın tarixi-mədəni mərkəzlərindən olan Qarabağ bölgəsinə yönəldərək Qarabağ muğamı, xalçaçılıq və zərgərlik məktəbi, habelə bu bölgədən çıxmış tanınmış Azərbaycan mədəniyyət xadimləri barədə də məlumat verib.

Proqramda "Eurovision" mahnı müsbiqəsinə də toxunularaq Azərbaycanın ötən il bu müsabiqədə qalib gəldiyi və bu səbəbdən həmin müsabiqənin bu il Azərbaycanda keçiriləcəyi qeyd edilib. Bu xüsusda, ötən il "Eurovision" müsabiqəsində Azərbaycana qələbə qazandıran mahnı və bu il "Eruovision"da Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnı səsləndirilib. Habelə, proqram çərçivəsində Əlixan Səmədovun ifasında "Sarı gəlin" və Akif İslamzadənin ifasında "Qaragilə" musiqi nömrələri də dinləyicilərə təqdim olunub, bu əsərlərin Azərbaycan mədəniyyətində önəmli yer tutduğu diqqətə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti