...

Barak Obama Konqresə Azərbaycanda səfir postuna Riçard Morninqstarın namizədliyini təklif edib

Siyasət Materials 27 Aprel 2012 09:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.Tariverdiyeva/

ABŞ Prezidenti Barak Obama Konqresə Azərbaycanda səfir postuna Dövlət Departamentinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın namizədliyini təklif edib. Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza olub. Obamanın səfir təyin etdiyi Brayzanın namizədliyi Senat tərəfindən dəstəklənmədiyindən o, Azərbaycandakı missiyasını başa vurub.

Xəbər lenti

Xəbər lenti