...

Prezident İlham Əliyev Niderland Kraliçasına təbrik məktubu ünvanlayıb

Siyasət Materials 28 Aprel 2012 15:30 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın Kraliçası Ülyahəzrət Beatriksə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev Niderland Kraliçasına təbrik məktubu ünvanlayıb

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın Kraliçası Ülyahəzrət Beatriksə təbrik məktubu ünvanlayıb.

"Milli bayramınız - Kraliça günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan-Niderland münasibətlərinin inkişafı, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsi daim xalqlarımızın rifahına töhfələr verəcəkdir. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Niderland xalqına sülh və rifah diləyirəm", - Trend-in məlumatına görə, Prezidentin təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti