Azərbaycan, Bakı, 1 may /Trend, müxbir M.Əliyev/
Azərbaycan Milli Məclisinin çərşənbə axşamı keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik edilib.
Trend-in məlumatına görə, dəyişikliyi təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişiklik xüsusi, özəl notariuslarla bağlıdır.
O qeyd edib ki, notarius fəaliyyəti gəlirli fəaliyyətdir.
"Ona görə də bu dəyişikliklə xüsusi notariuslara vergi ödəyicisi statusu veriləcək. Bu notariuslar iş adamları ilə müqavilə imzalaya biləcəklər", - Hüseynli deyib.