...

İtaliyada Azərbaycan ilə arasında olan biznes və ticarət imkanları barədə təqdimat keçirilib

Siyasət Materials 15 May 2012 04:00 (UTC +04:00)
Mayın 12-də Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyi və İtaliyanın Latsio regionunun Santa-Marinella şəhər meriyası ilə birlikdə həmin şəhərdə “Azərbaycan və İtaliya arasında biznes və ticarət imkanları” mövzusunda təqdimat keçirilmişdir.
İtaliyada Azərbaycan ilə arasında olan biznes və ticarət imkanları barədə təqdimat keçirilib

Azərbaycan, Bakı, 15 may /Trend/

Mayın 12-də Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyi və İtaliyanın Latsio regionunun Santa-Marinella şəhər meriyası ilə birlikdə həmin şəhərdə "Azərbaycan və İtaliya arasında biznes və ticarət imkanları" mövzusunda təqdimat keçirilmişdir.

Trend-in Azərbaycanın İtaliyadakı səfirliyinə istinadən verdiyi məlumata görə, tədbirin keçirilmə təşəbbüsü, Latsio regionuna daxil olan Santa-Marinella, Çivitavekkia, Frozinone, Latina və digər şəhərlərin işgüzar dairələrinin Azərbaycanla əməkdaşlığa göstərdiyi maraq nəticəsində irəli sürülmüşdür və tədbirə regionun işgüzar dairələrindən təqribən 50 iş adamı qatılmışdır.

İlk əvvəl, Santa-Marinellanın meri Roberto Bakeka giriş sözü ilə çıxış etmişdir. Daha sonra səfir Vaqif Sadıqov siyasi, sosial, iqtisadi və enerji məsələləri mövzusunda Azərbaycana dair geniş ölkə təqdimatı ilə çıxış etmişdir. Səfir V.Sadıqov son illər ərzində Azərbaycanın inkişaf təmayülləri və əldə etdiyi nailiyyətlərə, beynəlxalq enerji və nəqliyyat infrastrukturu layihələri haqqında ətraflı məlumat vermişdir.

V.Sadıqov öz çıxışında həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun tarixi səbəbləri və Ermənistanın ölkəmizə qarşı təcavüzünün ağır nəticələrindən söhbət açmışdır.

Səfir Azərbaycan-İtaliya əlaqələrinin tarixi, iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahədə əlaqələrin hazırkı durumu haqqında tədbir iştirakçılarına icmal etmişdir. Səfir V.Sadıqov Azərbaycanın qeyri-neft sektorunun inkişafı strategiyası kontekstində iki ölkə arasında geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu diqqətə çatdırmış, bu xüsusda, İtaliyanın zəngin iqtisadi potensialının regionlarda olduğunu nəzərə alaraq, regionlarla əməkdaşlığın inkişafına Hökumətimizin verdiyi önəmi vurğulamışdır. Bununla əlaqədar, Azərbaycan ilə qeyd olunan region arasında ticarət əlaqələri ilə yanaşı, qarşılıqlı investisiya qoyuluşu imkanları da seminar zamanı müzakirə edilmişdir.

Təqdimatın sonunda, səfir V.Sadıqov tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırmışdır.

Xəbər lenti

Xəbər lenti