...

ABŞ-da işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bir sıra görüşlər keçirib (FOTO)

Siyasət Materials 20 May 2012 23:27 (UTC +04:00)
ABŞ-ın Çikaqo şəhərində işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev mayın 20-də bir sıra görüş keçirilib.
ABŞ-da işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bir sıra görüşlər keçirib (FOTO)

Azərbaycan, Bakı, 20 may /Trend/

ABŞ-ın Çikaqo şəhərində işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev mayın 20-də bir sıra görüş keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Sloveniyanın Baş naziri Yanez Yanşa ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin son dövrlərdə inkişafından məmnunluq ifadə olunub. Azərbaycan-Sloveniya əlaqələrinin iqtisadi, xüsusilə də enerji, sərmayə qoyuluşu sahələrində və müxtəlif layihələrdə birgə iştirakı baxımından əhəmiyyəti qeyd edilib.

Tərəflər ölkələrimiz arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində daha da genişlənməsinin yaxşı potensialı olduğunu vurğulayıblar.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzzetbekoviç ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. İkitərəfli əməkdaşlığın müxtəlif sahələrdə yaxşı nəticələr verdiyi bildirilib və bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Monteneqronun Baş naziri İqor Lukşiç ilə görüşü olub.

Görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Siyasi sahədə əlaqələrimizin möhəkəmlənməsinin digər sahələrdə, o cümlədən iqtisadi istiqamətdə əməkdaşlığın genişlənməsinə təkan verdiyi bildirilib.

Energetika, turizm, nəqliyyat infrastrukturu və digər sahələrdə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulanan görüşdə əlaqələrimizin bundan sonra da genişləncəyinə əminlik ifadə edilib.

Xəbər lenti

Xəbər lenti