...

Macarıstanda Azərbaycanın Respublika Günü qeyd olunub

Siyasət Materials 25 May 2012 15:07 (UTC +04:00)
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi 28 May - Respublika Günü və Azərbaycanla Macarıstan arasında diplomatik əlaqələr qurulmasının 20 illiyi münasibəti ilə Budapeştin tarixi “Korintia” hotelində qəbul təşkil edib.
Macarıstanda Azərbaycanın Respublika Günü qeyd olunub

Azərbaycan, Bakı, 25 may /Trend/

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi 28 May - Respublika Günü və Azərbaycanla Macarıstan arasında diplomatik əlaqələr qurulmasının 20 illiyi münasibəti ilə Budapeştin tarixi "Korintia" hotelində qəbul təşkil edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra səfir Vilayət Quliyev və Macarıstan Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Peter Staray mərasim iştirakçıları qarşısında çıxış ediblər.

Çıxışlarda müstəqillik illərində Azərbaycanın əldə etdiyi uğurlar xüsusi qeyd olunub, ölkəmizin beynəlxalq miqyasda artan nüfuzu və Azərbaycan-Macarıstan münasibətlərinin strateji xarakteri vurğulanıb.

Bakının bu günlərdə "Eurovision" mahnı yarışmasına ev sahibliyi edərək Avropanın mədəni paytaxtı funksiyasını yüksək səviyyədə yerinə yetirməsi diqqətə çatdırılıb.

Tədbirdə Macarıstan Parlamentinin vitse-spikeri Zoltan Balso, Macarıstan Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi, Azərbaycan-Macarıstan hökumətlərarası birgə komissiyasının Macarıstan tərəfdən həmsədri xanım Roza Nad, Macarıstanın müxtəlif nazirliklərinin dövlət katibləri, Budapeştdə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, parlamentin üzvləri, müxtəlif dövlət qurumlarının nümayəndələri, universitet rektorları, tələbə və müəllimlər, jurnalistlər, Azərbaycan diasporunun və macar ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti