...

Azərbaycan Ali Məhkəməsinin hakimi daha aşağı vəzifəyə keçirilir

Siyasət Materials 26 May 2012 11:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan Ali Məhkəməsinin hakimi daha aşağı vəzifəyə keçirilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, parlamentin mayın 29-da keçiriləcək iclasında Səadət Bektaşinin Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxılacaq.

Parlamentin həmin iclasında həmçinin "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi, "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında", "Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında", "Patent haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Dövlət rüsumu haqqında" qanunlarına və Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi müzakirə olunacaq.

İclasda son müzakirə olunması gözlənlən məsələ "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanun layihəsidir.

Xəbər lenti

Xəbər lenti