Azərbaycan, Bakı, 26 may /Trend, müxbir V.Javoronkova /
ABŞ-ın Azərbaycandakı səfirliyi yaxın vaxtlarda Bakıya yeni səfirin gələcəyinə ümid edir.
Səfirlik Riçard Morninqstarın namizədliyi üzrə dinləmələrin yaxın bir neçə həftə ərzində keçiriləcəyinə ümid edir. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Adam Sterlinq bildirib.
"Biz bunun yaxın vaxtlarda baş verəcəyinə ümid edirik - səfir Morninqstar Senat tərəfindən təsdiq olunacaq və tezliklə Bakıya gələcək", -Sterlinq deyib.
ABŞ Prezidenti Barak Obama bir neçə həftə əvvəl Riçard Morninqstarı Azərbaycana səfir vəsifəzinə irəli sürmüşdü və indi ABŞ Konstitusiyasına uyğun olaraq, Senat namizədliyi bəyənməlidir.