...

Azərbaycanın Polşadakı səfirliyi Respublika Günü münasibətilə Varşavada rəsmi ziyafət təşkil edib

Siyasət Materials 26 May 2012 15:42 (UTC +04:00)
Azərbaycanın Polşadakı səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil olunub.
Azərbaycanın Polşadakı səfirliyi Respublika Günü münasibətilə Varşavada rəsmi ziyafət təşkil edib

Azərbaycan, Bakı, 26 may /Trend/

Azərbaycanın Polşadakı səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil olunub. Ziyafətə 250 nəfərdən artıq qonaq, о cümlədən Polşanın dövlət qurumları, mətbuat va biznes nümayəndələri, elm-təhsil və araşdırma mərkəzlərinin rəhbərləri və təmsilççiləri, xeyli sayda səfirlər və diplomatik korpusun nümayəndələri qatılıblar.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Polşanın dövlət qurumlarının bir sıra yüksəkvəzifəli şəxsləri, o cümlədən Polşa Prezidenti Administrasiyasının rəhbəri, xarici siyasət, hüquq-müqavilə məsələləri üzrə nazirlər (dövlət katibləri), Seym sədrinin müavini, xarici işlər, maliyyə, səhiyyə nazirlərinin müavinləri, Polşa Senatı və Seyminin üzvləri, habelə yeni təsis edilmiş Polşa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri və üzvləri iştirak ediblər.

Səfir Həsənov çıxış edərək Azərbaycanın tarixi, bu günü və qazandığı uğurlar, Azərbaycan-Polşa əlaqələrinin tarixi və hazırkı yüksək səviyyəsi barədə məlumat verib. Bildirib ki, ulu öndər Heydər Əliyevin başlatdığı və hazırkı ölkə rəhbərliyi tərəfindən davam etdirilən siyasət nəticəsində iqtisadiyyatımız yüksək sürətlə inkişaf edib.

Azərbaycan səfiri 20 il öncə bərpa edilmiş diplomatik əlaqələrin yüksək səviyyədə olduğunu, prezidentlər İlham Əliyev və Bronislav Komorovskinin son iki il ərzində bir neçə dəfə görüşdüyünü və ölkə başçıları arasında mehriban münasibətin formalaşdığını bildirib.

Həsənov çıxışında torpaqlarımızın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildiyi və yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın hquqlarının uzun illərdir pozulduğunu vurğulayıb.

Tədbirin bədii hissəsində "Eurovision" müsabiqəsinin açılışı nümayiş etdirilib.

Polşanın gənc müğənnisi malvina Kuşiorun Azərbaycan dilində oxuduğu qədim xalq mahnımız "Sarı gəlin" qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Bədii hissədən sonra iştirakçılar Azərbaycan və Polşa milli mətbəxinin nümunələrinə qonaq ediliblər.

Tədbir boyu ölkəmizin turizm imkanlarını nümayiş etdirən video-çarxlar yayımlanıb.

Xəbər lenti

Xəbər lenti