...

Rusiya Prezidenti Vladimir Putin Respublika Günü münasibətilə azərbaycanlı həmkarı İlham Əliyevi təbrik edib

Siyasət Materials 26 May 2012 16:04 (UTC +04:00)
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Rusiya Prezidenti Vladimir Putin Respublika Günü münasibətilə azərbaycanlı həmkarı İlham Əliyevi təbrik edib

Azərbaycan, Bakı, 26 may /Trend/

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Azərbaycan sosial-iqtisadi inkişaf, vətəndaşların rifahının yüksəldilməsi yolu ilə irəliləyərək sanballı nəticələrə nail olmuşdur. Respublikanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi onun beynəlxalq arenada nüfuzunun artmasının daha bir təsdiqi olmuşdur. Biz dostluq, qarşılıqlı rəğbət və etimad əsasında inkişaf edən Rusiya-Azərbaycan münasibətlərinin müsbət dinamikasını yüksək qiymətləndiririk. İkitərəfli əməkdaşlığı daha da genişləndirmək, strateji tərəfdaşlığımızı ticari-iqtisadi və mədəni-humanitar sahələrdə yeni, perspektivli layihələrlə zənginləşdirmək əzmindəyik", - Putinin təbrik məktubunda deyilir.

RF Prezidenti məktubunda fəal siyasi dialoq, qarşılıqlı faydalı əlaqələrin diapazonunun durmadan genişlənməsi, Müstəqil Dövlətlər Birliyi məkanında qarşılıqlı əlaqələrin dərinləşməsinin hər iki xalqın əsas mənafelərinə, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunub saxlanması vəzifələrinə uyğun olduğuna əminliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti