...

Azərbaycanın Almaniyadakı səfirliyində Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir

Siyasət Materials 27 May 2012 19:54 (UTC +04:00)
Azərbaycanın Almaniyadakı səfirliyində Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir
Azərbaycanın Almaniyadakı səfirliyində Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir E. Əliyev/

Şənbə günü ölkəmizin Almaniyadakı səfirliyində Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir. Müstəqilliyimizin 94-cü il dönümünə həsr olunmuş tədbirdə Almaniya dövlət orqanları və ictimaiyyətinin nümayəndələri, jurnalistlər, eləcə də Almaniyada fəaliyyət göstərən diasporamızın üzvləri daxil olmaqla 500-dən artıq qonaq iştirak etmişdir. bu barədə Trend-ə Azərbaycanın Almaniyadakı səfirliyində məlumat verilib.

Tədbiri açan Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov xalqımızın müstəqillik uğrunda apardığı mübarizə tarixindən söhbət açmışdır. O, eyni zamanda 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra onun möhkəmlənməsi yolunda Ümummilli Lider Heydər Əliyevin göstərdiyi xidmətləri xatırlatmışdır. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasətin hüquqi dövlətçiliyin inkişafına və respublikamızın beynəlxalq arenadakı mövqeyinin gücləndirilməsinə yönəldiyini bildirmiş və bu istiqamətdə beynəlxalq və regional əhəmiyyətli layihələrin həyata keçirildiyini diqqətə çatdırmışdır. Səfir Cənubi Qafqaz iqtisadiyyatının 85%-nin cəmləşdiyi ölkəmizin enerji sahəsində Aİ və Almaniya ilə strateji əhəmiyyətli tərəfdaşlıq həyata keçirdiyini ifadə etmişdir. P.Şahbazov çıxışında qonaqlara Humboldt Berlin Universitetində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrası tərəfindən yenicə dərc olunmuş İRS jurnalının almanca buraxılışı barədə məlumat verərək bu sevindirici hadisəyə görə jurnal rəhbərliyini təbrik etmişdir.

Qəbuldan sonra Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə təşkil edilmiş mərasimdə ölkəmizdən canlı yayımlanan Avropa Mahnı Müsabiqəsinə kütləvi baxış keçirilmişdir. Qonaqlara eyni zamanda İRS jurnalının almanca buraxılmış ilk sayı və Alman-Azərbaycan Forumunun yenicə nəşr etdirdiyi "Azərbaycan barədə bilinməli olan 33 fakt" adlı broşürlər paylanmışdır.

Xəbər lenti

Xəbər lenti