Azərbaycan, Bakı, 31 may /Trend, müxbir T.Cəfərov/
İranın Naxçıvan Muxtar Respublikası ilə olan sərhədi bağlanmayıb, bununla bağlı mətbuatda dərc olunun məlumatlar yalandır. Bunu Trend-ə İranın Naxçıvandakı Baş konsulluğundan bildiriblər.
Baş konsulluqdan deyilib ki, Culfa gömrüyü ilə əlaqə saxlanılıb və əhalinin gediş-gəlişi üçün heç bir maneə yoxdur, gömrük öz işini əvvəlki kimi davam etdirir.
Bu gün bəzi KİV-lər İranın Naxçıvan Muxtar Respublikası ilə sərhədini bağladığı haqqında məlumat yaymışdı.