...

NATO PA Ermənistandakı "Metsamor" AES-in yaratdığı təhlükəni müzakirə edib

Siyasət Materials 31 May 2012 16:09 (UTC +04:00)
NATO Parlament Assambleyasının Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən yaz sessiyasında Ermənistandakı "Metsamor" AES-in region və Avropa üçün yaratdığı təhlükə müzakirə olunub.
NATO PA Ermənistandakı "Metsamor" AES-in yaratdığı təhlükəni müzakirə edib

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/

NATO Parlament Assambleyasının Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən yaz sessiyasında Ermənistandakı "Metsamor" AES-in region və Avropa üçün yaratdığı təhlükə müzakirə olunub.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü, deputat Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti İran-Ermənistan münasibətləri ilə bağlı məsələ qaldıraraq bildirib ki, bu gün İran nüvə silahı əldə etmək üçün Ermənistandan müəyyən ləvazimatlar alır, o cümlədən Ermənistanı narkotik və silahla təmin edir.

"PA komitələrində, həmçinin plenar iclasda çıxışlarda qeyd olundu ki, terrorçu təşkilatlar, Hizbullah və Əl-Qaidə kimi təşkilatlar İrandan böyük dəstək alır, İran Suriyanı silahla təchiz edir. Eyni zamanda, İran rejiminin ölkədə yaşayan xalqlara qarşı fəaliyyəti kəskin şəkildə pislənildi. Hesab olundu ki, tək bir ölkə ilə deyil, terroru dəstəkləyən ölkə kimi İranla bağlı xüsusi addımlar atılmalıdır, qərarlar qəbul olunmalıdır", - Novruzov deyib.

Deputat qeyd edib ki, NATO PA-da qeyd olunub ki, ən kəskin rejim İrandadır və rejim insanların hüquqlarının ciddi şəkildə pozulmasına bilavasitə xidmət edir.

Xəbər lenti

Xəbər lenti