...

ATƏT Azərbaycanda prezident seçkilərini izləməyə dəvət olunub

Siyasət Materials 14 İyun 2012 11:35 (UTC +04:00)
Trend-in məlumatına görə, Milli Məclisin vitse-spikeri Bahar Muradova cümə axşamı ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmorla parlamentdə keçirilən görüş zamanı dəvəti səsləndirib.
ATƏT Azərbaycanda prezident seçkilərini izləməyə dəvət olunub

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan 2013-cü ildə ölkədə keçiriləcək prezident seçkilərinə ATƏT-i müşahidə aparmağa dəvət edib.

Trend-in məlumatına görə, Milli Məclisin vitse-spikeri Bahar Muradova cümə axşamı ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmorla parlamentdə keçirilən görüş zamanı dəvəti səsləndirib.

Görüşdə Gilmor 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirak üçün dəvət gözlədiklərini bildirib. ATƏT sədri növbəti prezident seçkilərində də ötən illərdəki seçkilərdə əldə olunan nailiyyətlərin təkrarlanmasına ümidvar olduğunu bildirib.

Vitse-spiker Bahar Muradova isə bildirib ki, ATƏT kimi bütün beynəlxalq təşkilatlar da seçkiləri izləmək üçün dəvət olunacaq.

"Seçki monitorinqi arasındakı fərqlər hər zaman Azərbaycanı da narahat edir və vahid seçki monitorinqinin formalaşması üçün ciddi işlər görülməlidir", - Muradova deyib.

Xəbər lenti

Xəbər lenti