...

Millət vəkili: Azərbaycanın dünyada söz sahibinə, müstəqil qüdrətli dövlət çevrilməsinin təməli Qurtuluş günü qoyulub

Siyasət Materials 15 İyun 2012 11:04 (UTC +04:00)
O dövrdə xalqın arzu və tələbi ilə ulu öndər Heydər Əliyev yenidən hakimiiyyətə qayıtmasaydı və ölkədə qayda-qanun, sabitlik yaratmasaydı, heç vaxt Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün olmayacaqdı, bu sözləri Trend-ə cümə günü millət vəkili Bəxtiyar Sadıqov deyib.
Millət vəkili: Azərbaycanın dünyada söz sahibinə, müstəqil qüdrətli dövlət çevrilməsinin təməli Qurtuluş günü qoyulub

Azərbaycan, Bakı, 15 iyun / Trend müxbir M. Əliyev/

O dövrdə xalqın arzu və tələbi ilə ulu öndər Heydər Əliyev yenidən hakimiiyyətə qayıtmasaydı və ölkədə qayda-qanun, sabitlik yaratmasaydı, heç vaxt Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün olmayacaqdı, bu sözləri Trend-ə cümə günü millət vəkili Bəxtiyar Sadıqov deyib.

15 iyun-Qurtuluş gününün Azərbaycana müstəqillik bəxş etdiyini vurğulayan millət vəkili qeyd edib ki, ulu öndərin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan keçmişdəki kimi xanlıqlara parçalanmaq təhlükəsi ilə üz-üzə idi.

"Azərbaycanın aqibətini Azərbaycan Xalq Cumhuriyyətinin 23 aylıq taleyi gözləirdi. Qurtuluş Azərbaycana sabitlik, qayda-qanun gətirdi. Bu sabitlikdən bəhrələnən, xaos və anarxiyadan xilas olan Azərbaycan xalqı, dövləti müstəqil dövlət quruculuğu prosesinə başladı", o deyib.

Sadıqov bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bazar iqtisadiyyatına keçidin prinsipləri müəyyənləşdi, bazar iqtisadiyyatı münasibətləri yaradıldı.

"Azərbaycanda uğurla iqtisadi islahatlar, xüsusən torpaq islahatları aparıldı, iki özəlləşdirmə proqramı qəbul edildi . Hakimiyyət bölgüsü aparıldı. Azərbaycan iqtisadiyyatının böhrandan çıxarılması üçün "Əsrin müqaviləsi" imzalandı. Bu layihə Azərbaycan iqtisadiyyatının digər sahələri üçün bir lokomativə çevrildi. Bütün bu proseslər böyük zəka sahibi, ulu öndər Heydər Əliyevin rəhbərliyi həyata keçirildi. Qısa müddət ərzində daxili xarici siyasətdə sabitliyin yaradılması, iqtisadiyyatın böhrandan inkişaf yoluna çıxarılması Azərbaycanda demokratik cəmiyyətin qurulmasına, demokratikləşmə prosesinin uğurla həyata keçirilməsinə möhkəm zəmin yaratdı. Ulu Öndər yalnız özünə və xalqının gücünə güvənərək bu prosesləri həyata keçirdi", millət vəkili vurğulayıb.

Bu gün Azərbaycan sabit, Qafqazın ən güclü dövləti olduğunu vurğulayan Sadıqov bildirib ki, dövlətimizin bu gün dünyada söz sahibinə, müstəqil qüdrətli dövlət çevrilməsi, BMT-nin Təhlükəsizlik Şurasının üzvü olmasının təməli məhz Qurtuluş günü qoyulub.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Xəbər lenti

Xəbər lenti