...

Elnur Aslanov: Azərbaycan-ABŞ münasibətlərinin daha dinamik inkişaf etməsi üçün ölkədə səfirin olması zəruridir

Siyasət Materials 21 İyun 2012 13:42 (UTC +04:00)
Azərbaycan-ABŞ münasibətlərinin daha da dinamik inkişaf etməsi üçün ölkədə səfirin mövcud olması zəruridir.
Elnur Aslanov: Azərbaycan-ABŞ münasibətlərinin daha dinamik inkişaf etməsi üçün ölkədə səfirin olması zəruridir

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan-ABŞ münasibətlərinin daha da dinamik inkişaf etməsi üçün ölkədə səfirin mövcud olması zəruridir.

Trend-in məlumatına görə, bunu jurnalistlərlə ABŞ-ın Azərbaycanda səfir postuna Riçard Morninqstarın namizədliyi ilə bağlı sualı cavablandırarkən Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

O bildirib ki, müəyyən bir dövr ərzində Azərbaycanda ABŞ səfirinin olmaması və indi yeni səfirin təyinatının reallaşmaq üzrə olması Azərbaycan-ABŞ münasibətlərinin daha da dinamik xarakter almasına, istər siyasi, istər iqtisadi, istərsə də digər sahələrdə əməkdaşlığın yeni mərhələyə keçməsinə zəmin yaratmış olacaq.

Xəbər lenti

Xəbər lenti