...

Arif Hacılı Müsavat başqanlığına namizədliyi məsələsini yaxın vaxtlarda açıqlayacaq

Siyasət Materials 25 İyun 2012 12:52 (UTC +04:00)
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı başqanlığa namizədliyi ilə bağlı konkret qərarı yaxın vaxtlarda verəcək.
Arif Hacılı Müsavat başqanlığına namizədliyi məsələsini yaxın vaxtlarda açıqlayacaq

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı başqanlığa namizədliyi ilə bağlı konkret qərarı yaxın vaxtlarda verəcək.

"Mən hələ həbsxanadan yeni çıxmışam, hazırda həm ölkədə, həm demokratik düşərgədə, həm də Müsavat Partiyasında olan vəziyyəti öyrənirəm. Bu vəziyyəti öyrəndikdən, kifayət qədər ciddi məlumata malik olduqdan sonra başqanlığa namizədliyim barədə konkret qərar vermək niyyətindəyəm", - Arif Hacılı Trend-ə açıqlamasında deyib.

Müsavat başqanlığına alternativ namizədlərin irəli sürülməsi barədə sualı cavablandırarkən Hacılı bildirib ki, konkret ad çəkmək istəmir.

"Müsavat Partiyasının on minlərlə üzvü var və partiyada uzun illər fəaliyyət göstərmiş, siyasi təcrübə toplamış, həm cəmiyyətdə, həm də partiyada ciddi nüfuza malik olan şəxslər coxdur, ancaq mən konkret olaraq kiminsə adını çəkmək istəməzdim", - o bildirib.

Yeni başqan seçiləcəyi halda Müsavat Partiyasının siyasi kursunda hansısa dəyişikliklərin olub-olmayacağı məsələsinə münasibət bildirən Hacılı qeyd edib ki, partiyanın siyasi kursunu ayrı-ayrı üzvlər, hətta ən nüfuzlu üzvlər deyil, partiyanın qurultayı, məclisi, divanı və başqanı müəyyən edir.

"Hesab etmirəm ki, Müsavat başqanının dəyişməsi partiyanın siyasi kursunda hansısa həlledici dəyişikliklərə gətirib çıxarsın. Təbii ki, dəyişikliklərin olması mümkündür, ancaq bu, başqan seçkisindən asılı deyil", - Hacılı deyib.

Xəbər lenti

Xəbər lenti